Bir neçə gün ərzində Yunanıstanın müxtəlif bölgələrində 586 yanğın baş verib

Yunanıstan görünməmiş miqyasda təbii fəlakət yaşayır – ölkənin müxtəlif bölgələrində bir neçə gün ərzində 586 yanğın baş verib.

Trend -in TASS -a istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis xalqa müraciətində bildirib.

O, Yunanıstanda meşə yanğınları ilə mübarizədə köməklik göstərən ölkələrə təşəkkürünü bildirib: “Bir çox ölkələr artıq texniki vasitələrlə və heyəti ilə bizə kömək edir. Həmrəyliklərinə görə onlara təşəkkür edirəm. Ancaq hər şeydən əvvəl, yerində yanğınla mübarizə aparanların hamısına minnətdaram”.