Bir neçə bölgədə sosial xidmət müəssisələri açılacaq

Xəbər - Humay Ağacanova – Trend:

Bu il əlilliyi olan şəxslər üçün peşə və əmək reabilitasiya
mərkəzinin bir filialı Xaçmazda yaradılacaq.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər
Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov
deyib.

“Həmçinin bu il Ağcabədidə məişət zorakılığından əziyyət çəkən
şəxslər üçün sığınacaq, Füzulidə isə baxımsız sosial təhlükəli
şəxslər üçün mərkəz yaradılması nəzərdə tutulur”, -deyə o əlavə
edib.

Teqlər: