Bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində
cinayət işi başlanılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini
tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala
rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu
Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ
Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu
Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Teqlər: