Bir ailənin 3 üzvü göbələkdən zəhərləndi

Bir ailənin 3 üzvü göbələkdən zəhərləndi

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

AzerTimes xəbər verir ki, 15 yaşlı Ləman Şahin qızı Nəzərova, 23 yaşlı Orxan Şahin oğlu Nəzərov və 44 yaşlı Samirə Rəsul qızı Nəzərova axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Teqlər: