Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!

Xəbər - Fərid Zöhrabov – Trend:

Qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər.

AQTA-dan Trend-ə bildirilib ki, xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.

– Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi mütləq qeyd edilməlidir.

– Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.

– Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.

– Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmalıdır.

– Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır.

Teqlər: