Binəqədidə minik avtomobili yandı

Binəqədidə minik avtomobili yandı

Bakı şəhərinin Binəqədi rayonunda “Mersedes” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Fövqaladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Hunday” markalı minik avtomobilinin ön qapısı qarsalanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: