Binəqədidə elektrik-montyoru cərəyan vurması nəticəsində ölüb

Xəbər - Samir Əli -Trend:

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Binəqədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: