Binəqədidə 20 velosiped oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)

Paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin
5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus dəyəri
1200 manat olan velosiped yaşadığı binanın dəhlizindən
oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bölmə
əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri
nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər
dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma
zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi
oğurladığı müəyyən edilib.

Tofiq Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt
ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan
materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon
Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq
tədbirləri davam etdirilir.

Tofiq Mürsəlovun digər cinayət əlaqələrinin müəyyən edilməsi
istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: