Binədə 38 yaşlı kişi dəm qazından boğuldu

Binədə 38 yaşlı kişi dəm qazından boğuldu

Binə qəsəbəsində bədbəxt hadisə baş verib.

AzerTimes-ın Report-a istinadən xəbərinə görə, qəsəbədə yaşayan, 38 yaşlı Aqil Fail oğlu Rəhimov dəm qazından boğularaq, dünyasını dəyişib.

Onun nəşi bu gün Lerikə gətirilərək Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb. Bir övlad atası idi.

Teqlər: