Binə Ticarət Mərkəzində yanğın

Binə Ticarət Mərkəzində yanğın

Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Binə Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahədə yanıb.

Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.