Bill Qeyts qlobal iqtisadiyyatda ləngimə proqnozlaşdırıb

Ukraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb
olacaq.

Trend “Bloomberg”ə istinadla xəbər verir ki, bu proqnozla “Microsoft”un
yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.

Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin
kəskin artmasına səbəb olan vəziyyət onsuzda dövlət borcu
səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin
mövcud olduğu pandemiya dövründə yaranıb.

“ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə
inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu,
nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq”, – Bill Qeyts
söyləyib.

Teqlər: