“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirusa
yoluxub.
Trend xəbər verir ki, bu barədə B.Qeyts özünün “Twitter”
səhifəsində yazıb.
“COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı.
Xəstəliyin simptomları yüngüldür və mütəxəssislərin məsləhəti ilə
sağalana qədər özümü təcrid etmişəm”, – deyə B.Qeyts bildirib.
Onun sözlərinə görə, o, koronavirusa qarşı tam peyvənd
olunub.