“Microsoft” şirkətinin qurucusu Bill Qeyts “omikron” ştammı dalğasının düşdüyündən sonra koronavirusa yoluxma halların azalacağını proqnozlaşdırır.
AzerTimes-ın məlumatına görə, bu barədə B.Qeyts öz “Twitter” səhifəsində yazıb.
B.Qeyts bildirib ki, müxtəlif ölkələrinin səhiyyə sistemləri COVID-19-un “omikron” ştammının dalğası ilə birlikdə çətinliklərlə üzləşəcək. O hesab edib ki, xəstəliyin ən ağır halları peyvənd olunmamış vətəndaşlar arasında müşahidə olunacaq.
Bununla belə, B.Qeyts “omikron” dalğasından sonra koronavirusa yoluxma hallarının azalacağını proqnozlaşdırıb:
“Omikron” ölkədən keçdikdən sonra ilin qalan hissəsi daha az xəstələnmə olmalıdır, buna görə də koronavirus daha çox mövsümi qrip kimi müalicə olunacaq”.