Biləsuvarda qəza: maşın iki yerə bölündü – Video

Biləsuvarda qəza: maşın iki yerə bölündü – Video

Biləsuvar rayonunda yol qəzası baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-ci il təvəllüdlü Cahid Maarif oğlu Mehdiyev və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Yunis Elmir oğlu Dəmirli xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: