Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonunda “QAZel” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.