Bezosla birgə kosmosa uçmaq üçün yer 28 milyon dollara satılıb

Amazon qurucusu Cef Bezos ilə kosmosa uçmaq üçün yer auksionda 28 milyon dollara satılıb.

Trend İnterfaks-a istinadən xəbər verir ki, hərrac Blue Origin kosmik təşkilatı tərəfindən aparılıb.


Amazonun rəhbəri və qardaşı ilə kosmasa yollanacaq şəxsin kimliyi açıqlanmayıb. Bu adın bir neçə həftədən sonra elan ediləcəyi təxmin edilir.