Bəzi hotellər iddia etdikləri ulduzu ala bilməyəcək – Fuad Nağıyev

Xəbər - Çingiz Səfərli – Trend:

Bir sıra hotellər iddia etdikləri ulduzu ala bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, buna səbəb həmin otellərdə xidmətin aşağı olması, təmizlik kimi məsələlərdir: “Ulduzlaşma ilə turistlərin gözləntiləri daha dəqiq olacaq və narazılıqlar aradan qalxacaq. Həmçinin, bu, hotellərə özlərini düzgün təqdim etmək imkanı verəcək.


İnanırıq ki, tezliklə Qarabağda da yeni hotellər açılacaq və onların ulduzlaşması təmin ediləcək”.

Teqlər: