Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin prioritetlərini nəzərə almalıdır – PA rəsmisi

Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma
əsasında əlaqələrini davam etdirir.

AzerTimes-ın məlumatına görə, bunu Prezident Administrasiyasının
(PA) Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı
Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət
Planının təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, Avropa Şurası Azərbaycan və Ermənistan arasında
etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər.

“Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan
hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır.
Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu
problem məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına
qayıtmasının qarşısını alır”, – deyə o əlavə edib.

Teqlər: