Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının
Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının
Yekun Aktlarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının
Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx
şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun
Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq
edilir.