Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək

Xəbər - Samir Əli – Trend:

Beynəlxalq Prokurorlar Assosiasiyasının iclası Bakıda keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Azərbaycan bu konfransa 2024-cü ildə ev sahibliyi edəcək: “Tədbirdə bütün dövlətlərin baş prokurorlarının iştirakı nəzərdə tutulub. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Baş Prokurorluğu arasında əməkdaşlıq yeni deyil. Azərbaycan nümayəndələri qurumun rəhbər orqanlarında təmsil olunur.

2021-ci ildə assosiasiya direktoru Azərbaycana səfər edib. Səfər çərçivəsində müəyyən məsələlər müzakirə olunub və qərara alınıb ki, 2024-cü ildə Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransı Bakıda keçirilsin”.

Teqlər: