Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi daha 69 nəfər Azərbaycan vətəndaşının vətənə dönməsinə dəstək verdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi
Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının
təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək
verməkdə davam edir.

Təşkilatdan AzerTimes-a bildirilib ki, BMqT-nin əməkdaşlarının
əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq
sayəsində Ukraynadan Polşanın Katovitçe şəhərinə keçmiş daha 69
Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin
şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya
təxliyəsini təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə
edilmiş 123 nəfər artıq vətənə çatıb.

Teqlər: