Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Beynəlxalq Kosmik Stansiyada (BKS) 3D bioprinter vasitəsilə
koronavirus zülalının kristallarının yetişdirilməsi prosesi
başlayıb.

Trend-in
məlumatına görə, bu eksperimenti rusiyalı kosmonavt Denis Matveyev
həyata keçirir. Hazırda stansiyada zülalın kristallaşması
aparılır.

Qeyd olunur ki, eksperimentin keçirilməsində əsas məqsəd
koronavirusun insan hüceyrələrinə yoluxmasına yol açan zülal
tərkibinin təhlili və bunun orqanizmə daxil olmasının
mexanizmlərinin araşdırılmasıdır.

Koronavirusun RBD zülalının BKS-də yetişdirilməsindən sonra
nümunə Yerə göndəriləcək və laboratoriyada bir neçə ay müddətində
araşdırma aparılacaq.

BKS-də keçirilən eksperimentin kosmonavtlar üçün heç bir təhlükə
törətmədiyi bildirilir.