Beynəlxalq konfransın iştirakçıları DOST Agentliyində olublar (FOTO)

“MDB ölkələrində sosial islahatlar: trendlər, potensial və həll
yolları” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları
DOST Agentliyində olublar.

Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov qonaqlara DOST
Konsepsiyası haqqında məlumat verib. O qeyd edib ki, DOST
mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət
sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta,
sosial rifah, təlim və s. üzrə 156 növ xidmət göstərilir. Bu
xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş
rahatlığı prinsipi əsasında təqdim olunur. Fərid Məmmədov 2025-ci
ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə
başlayacağını, bununla da DOST xidmətlərinin bütün Azərbaycan
ərazisini əhatə edəcəyini bildirib.

Daha sonra qonaqlar 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara
xidmət göstərilməsi prosesini izləyib, göstərilən xidmətlərlə tanış
olublar. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin
İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş
prinsipi və xidmət bölmələri barədə ətraflı məlumat verib.

DOST Agentliyi və DOST mərkəzlərinin iş prinsipi qonaqların
böyük marağına səbəb olub. Onların bu barədə bağlı çoxsaylı
sualları cavablandırılıb.

Teqlər: