Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri davam etdirməlidir – Türkiyə XİN rəhbəri

Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqlərini davam
etdirməlidir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu Qətərin paytaxtında keçirilən “Doha Forumu” beynəlxalq
konfransında deyib.

“Beynəlxalq birlik olaraq, biz Rusiyaya təzyiqləri davam
etdirməliyik. Ukraynanın suverenliyinə bu hücum qəbuledilməzdir”, –
deyə M.Çavuşoğlu qeyd edib.

Türkiyənin xarici işlər naziri bu vəziyyətdən təhlükəsiz çıxış
yolunun tapılmasının vacibliyini də bəyan edib.

“Əgər uğur qazansaq və həll yolu tapsaq, o zaman atəşkəs olacaq,
amma ondan əvvəl humanitar ehtiyaclar ödənilməli, humanitar
dəhlizlər açılmalıdır. Bizim işimiz hər iki tərəfə bu problemi
təhlükəsiz şəkildə həll etməyə kömək etməkdir”, – deyə nazir qeyd
edib.

Teqlər: