Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə Fərid Qayıbovun namizədliyi irəli sürülüb

Xəbər - Cani Babayeva – Trend:

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlandı.

AzerTimes-ın qurumun saytına istinadən verdiyi məlumata görə, seçkilər noyabrın 6-da Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 83-cü Konqresində keçiriləcək.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə FIG-nin hazırkı prezidenti Morinari Vatanabe və Avropa Gimnastikasının (EG) prezidenti, həmyerlimiz Fərid Qayıbov namizəddirlər.

Teqlər: