Xəbər - Ləman Zeynalova – Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,71 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.
Trend bu barədə Agentliyə istinadən məlumat verir. Bundan əvvəlki proqnozda bu göstərici 0,72 milyon barel/sutkaya bərabər idi.
Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka təşkil edib.
Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rübündə hasilat 0,74 milyon barel/sutka təşkil edəcək.
2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,75 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bundan əvvəlki proqnozda bu göstərici 0,74 milyon barel/sutkaya bərabər idi.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: @Lyaman_Zeyn