Beyləqanda şəhid gizirlə vida mərasimi keçirilib (FOTO)

Xəbər - Aslan Məmmədli -Trend:

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün şəhid olan giziri Fərman Yaqublunun nəşi Beyləqan rayon Qəhrəmanlı qəsəbəsinə gətirilərək, ailəsinə təhvil verilib.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, vida mərasimində xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin üzvləri, şəhidin yaxınları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Yaqublu Fərman Telman oğlu ötən gün Kəlbəcərdə düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub.

Teqlər: