Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.
AzerTimes xəbər verir ki, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əyyub Sahib oğlu Salahlı idarə etdiyi “Mersedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.
Daha sonra maşın yoldan çıxararaq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 2001-ci il təvəllüdlü Rəşad Elxan oğlu Orucov və 1995-ci il təvəllüdlü Eltun İsrəfil oğlu Xudiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.