Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var

Beyləqanda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “ZİL” markalı yük maşını “OKA” və “Niva” markalı minik maşınları ilə toqquşub.

Nəticədə yük avtomobili və “Niva” markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.


Qəza nəticəsində avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların kimliyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

Teqlər: