Beyləqanda 81 yaşlı qadını əri döyüb öldürmək istədi

Beyləqan rayonunda 81 yaşlı qadın əri tərəfindən döyülüb.

Beyləqan rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il
təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1940-cı il
təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə
Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı
xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.

Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: