Bakının mərkəzində qəza olub, su kəsilib

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş
qəza ilə əlaqədar 8 aprel 2022-ci il tarixində Səbail rayonunun
mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət
yaranıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər
görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr
istəyir.

Teqlər: