Beyləqanda 15 yaşlı qız ərə verilib? – DİN

Beyləqanda 15 yaşlı qız ərə verilib? – DİN

Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş – inzibati və cinayət məsuliyyəti yaranmayıb.

“Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır”, – DİN rəsmisi vurğulayıb.

Teqlər: