Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara
saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata
görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış
tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə
şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.

Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən
zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə
“F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: