Bəxtiyar Vahabzadə böyük mütəfəkkir və prinsipial siyasət xadimi idi – Yalçın Topçu

Bu gün görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ölümünün
13-cü ildönümüdür.

Bununla bağlı Trend-ə açıqlama verən Türkiyə prezidentinin baş
müşaviri Yalçın Topçu B.Vahabzadənin həm də böyük mütəfəkkir
olduğunu bildirib.

“Bəxtiyar Vahabzadə təkcə bir şair deyildi. O, həm böyük
mütəfəkkir, universitet professoru və eyni zamanda prinsipial
siyasət xadimi idi”, – deyə o bildirib.

Y.Topçunun sözlərinə görə, Bakı Dövlət Universitetində türk
ədəbiyyatıını tədris edən B.Vahabzadə minlərlə qazax, qırğız,
özbək, türkmən gənclərinə türk ədəbiiyyatını, türk mədəniyyətini və
türk dilini sevdirib.

“O, türkdilli dövlətlərii bir-birindən ayrı salacağı üçün türk
dillərinə xarici sözlərinə daxil edilməsinə həmişə qarşı çıxıb. Hər
zaman türk birliyini müdafə edən şair Türkiyəni ikinci vətən hesab
edir, türk xalqını “Bir ananın iki oğlu” adlandırırdı”, – Y.Topçu
deyib.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə fevralın 13-ü 2009-cu ildə
vəfat edib.

Teqlər: