“Beşiktaş”ın sabiq baş məşqçisi Qurbanovla görüşdü

“Beşiktaş”ın sabiq baş məşqçisi Qurbanovla görüşdü

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Öndər Karaveli “Qarabağ”ı və klubun akademiyasını ziyarət edib.

AzerTimes “köhlən atlar”ın rəsmi saytına istinadən xəbər verir ki, klubun bazasına gələn 48 yaşlı mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzulayıb.

Qurban Qurbanov ziyarətə görə Öndər Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” akademiyasında koordinator işləmiş Karaveli hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru olaraq çalışır. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək İstanbul təmsilçisinin baş məşqçisi də olub.

Teqlər: