“Beşiktaş” bu futbolçuya görə “Qarabağ”ın qapısını döyür

“Beşiktaş” bu futbolçuya görə “Qarabağ”ın qapısını döyür

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Səməd Aybaba “Qarabağ”ın futbolçusu Olavio Juninyonu bəyənib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Direktor braziliyalı hücumçunun “Beşiktaş”a xeyir verəcəyi qənaətinə gəlib.

“Qarabağ”ın “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən S.Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb. O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.

Bildirilir ki, İstanbul təmsilçisi mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq.

Qeyd edək ki, Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Teqlər: