Bəşər Əsəd koronavirusdan sağalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Suriya Prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusdan sağalıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Suriya Prezident administrasiyası bildirib.

Onların verdiyi sonuncu koronavirus testi mənfi nəticələnib.

Qeyd edək ki, Bəşər Əsəd və xanımının martın 8-də koronavirusa yoluxması barədə məlumat verilmişdi.