Beş kanala platforma yayımçısı lisenziyası verildi

Beş kanala platforma yayımçısı lisenziyası verildi

Audiovizual Şurası AРA TV, Səhiyyə TV, Agro TV, “Vivace” və ATV+Cinema kanallarına platforma yayımçısı lisenziyası verib.

Bu barədə AzerTimes-a Şuradan bildirilib.

Qeyd olunub ki, Şuranın iclası keçirilib və iclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə AРAMARK MMC, Səhiyyə TV MMC, Aqro Televiziya və Radio MMC və ATV Plus MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının AРAMARK MMC-yə (televiziya redaksiyasının adı: AРA TV), Səhiyyə TV MMC-yə (televiziya redaksiyasının adı: Səhiyyə TV), Aqro Televiziya və Radio MMC-yə (televiziya redaksiyasının adı: Agro TV) və ATV Plus MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və ATV+Cinema) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Teqlər: