Xəbər - Ləman Zeynalova – Trend:
Bərpa olunan enerji mənbələri sahəsinin daha geniş inkişafı Azərbaycana təbii qazı ixrac və neft-kimya sənayesində istifadə üçün qənaət etməyə imkan verəcək.
AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, bərpa olunan enerji mənbələri potensialı Azərbaycana çoxlu sayda üstünlüklər vəd edir:
“Son onillikdə külək və günəş enerjisi istehsalı xərcləri əhəmiyyətli dərəcədə azalıb. Bərpa olunan enerji mənbələri sahəsinin inkişafı Azərbaycana təbii qazı ixrac və neft-kimya sənayesində istifadə üçün qənaət etməyə, parnik qazı tullantılarını azaltmağa və istehsalın şaxələndirilməsi hesabına elektrik enerjisi tədarükünün təhlükəsizliyini artırmağa imkan verəcək”
BEA bildirir ki, enerji bazarında planlaşdırılan islahatlar çərçivəsində Azərbaycan hökuməti bərpa olunan enerji mənbələri barədə qanun hazırlayıb və bərpa olunan enerji mənbələrinin 2030-cu ilədək istehsal gücünün 30 faizini (2018-ci ildə bu göstərici 16 faiz təşkil edib) təmin etməsini hədəfləyir.
(Tərcümə: Orxan Nəbiyev)