Bu ilin birinci rübündə dünya avişirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin birinci rübündə dünya avişirkətləri 17,861 milyon dollar dəyərində itkilərlə üzləşib.

AzerTimes bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, dünya aviasiyasının gəlirlərinin bundan sonrakı vəziyyəti daxili bazarın ölçülərindən və vaksinasiya templərindən asılı olacaq.

Hesabata əsasən, aviayanacağın yüksək qiymətləri və iyun ayında beynəlxalq aviadaşımaların tam bərpa olunmaması aviaşirkətlərin səhmlərinə mənfi təsir göstərib:

“2021-ci ilin ilk 5 ayı ərzində aviaşirkətlərin səhmləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 4,4 faiz azalıb. Şimali Amerika aviaşirkətləri daxili turizm səfərlərinin bərpa olunmasına baxmayaraq bu baxımdan ən pis nəticəni göstərib. Regiondakı aviaşirkətlərin səhmləri 7,9 faiz azalma nümayiş etdirib”.

(Tərcümə: Orxan Nəbiyev)