Mənim İrəvana gəlməyim heç bir halda ABŞ-ın FTX rəhbəri Uilyam Bernsin Ermənistana səfəri ilə bağlı deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvanda mediaya açıqlamasında deyib.
“Mənim səfərim dəqiq amerikalı həmkarımın səfəri ilə bağlı deyil. Amma mən istisna etmirəm ki, onun səfəri mənim səfərimlə əlaqəlidir”, – Narışkin bildirib.
Qeyd edək ki, Uilyam Berns 15 iyulda İrəvana səfər etmişdi. Onun səfəri əvvəlcə gizli saxlanılsa da, Rusiya mediasının məlumatı tirajlamasından sonra təsdiqlənmiş və onun Nikol Paşinyanla görüşdüyü bildirilmişdi.