Berns İrəvana son xəbərdarlığa gəlmişdi – Felqenhauerdən sensasiya

Berns İrəvana son xəbərdarlığa gəlmişdi – Felqenhauerdən sensasiya

Cənubi Qafqazda kifayət qədər təhlükəli və ciddi proseslər gedir, Rusiya ilə onun müttəfiqi sayılan Ermənistan arasında qarşıdurma proqnozlaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib.

Ekspertin qeyd etdiyi kimi, ermənilərə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin səfərinə sevinmək lazım deyil. Onun sözlərinə görə, bu, kifayət qədər pis əlamətdir.

“O, Ukraynadakı müharibədən bir qədər əvvəl Moskvaya getmişdi, unutmayın… Onun səfərləri pis bir işarədir. Bu o deməkdir ki, həmin ölkə çox ciddi böhranın astanasındadır. Bu, dostluq səfəri deyil. Bu, Ermənistana son xəbərdarlıq ola bilər. Son xəbərdarlıq budur – Rusiya və İranla yaxın münasibətlərə son qoyulmalıdır. Əks təqdirdə Ermənistan “qara siyahıya” salınacaq”, – Felgenhauer bildirib.

Qeyd edək ki, Berns İrəvanda 15 iyulda səfərdə olub və Baş nazir Nikol Paşinyan və TŞ katibi Armen Qriqoryanla görüş keçirib.

Ötən gün isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvanda idi.

Teqlər: