“Bayraqdar” Rusiyaya verilə bilər?

“Bayraqdar” Rusiyaya verilə bilər?

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar Makina”nın baş direktoru Haluk Bayraqdar şirkətin Rusiyaya dronlarını satmayacağını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Bayraqdar CNN telekanalının aparıcısının sualını cavablandırarkən deyib.

“Biz Rusiyaya nə bir şey çatdırmışıq, nə də təmin etmişik. Bunu heç vaxt etməyəcəyik”, – deyən Bayraqdar Ukraynanı dəstəklədiyini bildirib.

Teqlər: