Berluskoni: Zelenskini inandırmaq lazımdır ki…

Berluskoni: Zelenskini inandırmaq lazımdır ki…

ABŞ hərbi münaqişəyə son qoymaq məqsədilə Kiyevə atəşkəs müqabilində ölkəni bərpa etmək üçün bir neçə milyard dollarlıq plan təklif etməlidir.

AzerTimes xəbər verir ki, bunu “Forza Italia” partiyasının lideri və keçmiş baş nazir Silvio Berluskoni deyib.

Onun fikrincə, sülhə nail olmaq üçün Bayden Ukrayna prezidentinə deməlidir ki, müharibə bitəndə ölkəni bərpa etmək üçün “Marşall planı” onun sərəncamında olacaq:

“Plan 6, 7, 8 və ya 9 milyard dollara çata bilər. Bu, Ukrayna tərəfinin atəşkəs əldə etməsini, həmçinin ABŞ-dan maliyyə və silah tədarükünün dayandırılmasını nəzərdə tutur. Yalnız bu, cənabı (Zelenski – red.) atəşkəsə nail olmağa inandıra bilər”.

Teqlər: