Berluskoni Senata namizədliyini irəli sürəcək

Berluskoni Senata namizədliyini irəli sürəcək

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni sentyabrda keçiriləcək ümumi seçkilərdə Senata namizədliyini irəli sürəcək.

AzerTimes xəbər verir ki, bu barədə Berluskoni özü deyib.

“Düşünürəm ki, mən Senata namizədliyimi irəli sürəcəyəm. Bu qədər insan tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra hamını xoşbəxt etmək istəyirik”, – deyə “Forza İtalia” partiyasına rəhbərlik edən 85 yaşlı Berluskoni qeyd edib.

Teqlər: