Berlində Rusiya vətəndaşına əmlakını satmağa icazə verilmədi

Berlində Rusiya vətəndaşına əmlakını satmağa icazə verilmədi

Berlin rəhbərliyi sanksiyalara görə ilk dəfə olaraq Rusiya vətəndaşına əmlakını satmağı qadağan edib.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Berlin polisinin adını çəkmədiyi Rusiya vətəndaşı əmlakını 2021-ci ildə satışa çıxarsa da, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra o, AB-nin sanksiyaları siyahısına düşüb. Onun müqavilələrini müşayiət edən notarius bank və maliyyə orqanlarına bildirib ki, sanksiyalara baxmayaraq, müştərisi artıq onun aktivlərindən gəlir əldə edə bilmir. Nəticədə, onun iştirakı ilə əməliyyatlara qadağa qoyulub.

Qeyd edək ki, hazırda Almaniya və AB-nin sanksiya siyahısında Rusiya ilə əlaqəli 1158 fiziki şəxs və 98 şirkət var.

Teqlər: