Berdyanskda güclü partlayışlar: sursat anbarları vurulur

Berdyanskda güclü partlayışlar: sursat anbarları vurulur

Rusiyanın işğal etdiyi Zaporojye vilayətinin Berdyansk şəhərində güclü partlayış səsləri eşidilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

“Sakinlər şəhər yaxınlığında güclü partlayışların baş verdiyini bildirirlər. Partlayışlar qədər güclüdür ki, hətta şəhər kənarındakı evlərin sakinləri də onları hiss edirlər”, – məlumatda qeyd olunub.

Partlayışların rusların hərbi sursat anbarı kimi istifadə etdiyi kənd təsərrüfatı kompleksinin ərazisində baş verdiyi bildirilib.

Teqlər: