Bərdədə yük maşını piyadanı vurdu

Bərdədə yük maşını piyadanı vurdu

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

AzerTimes xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: