Bərdədə Yeni il yolkası yanıb (FOTO)

Bərdə. Aslan Məmmədli – Trend:

Bərdənin mərkəzi küçəsində quraşdırılan şam ağacı yanıb.

AzerTimes-ın yerli bürosunun xəbərinə görə, hadisə gecə yarısı Bərdə rayon icra hakimiyyəti binasının yaxınlığında baş verib.

Yeni il münasibəti ilə quraşdırılan şam ağacının yandığını görən şəhər sakinləri Fövqəladə Hallar Nazirliyinə məlumat verib.


Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun başqa yanğınlara səbəb olmadan qarşısını alıb. Yanğının başvermə səbəbi araşdırılır.

Teqlər: