Bərdədə xəstə uşaq nənəsi tərəfindən diləndirilir?

Bərdədə xəstə uşaq nənəsi tərəfindən diləndirilir?

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.

AzerTimes xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı Report-a bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”, – DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: